Sumqayıtda ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan inşa və rəsm müsabiqəsi keçirilib. Bu haqda 13 iyun tarixində Mediasiya Şurasına istinadən məlumat veririk.
Sumqayıt ümumi təhsil müəssisələrinin V - IX sinif şagirdləri arasında təşkil olunan müsabiqə Heydər Əliyev Mərkəzində baş tutub. Tədbir iştirakçıların ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etməsi və önünə tər gül dəstələri qoymaqla başlanılıb. Toplantı akt zalında qonaqların çıxışları və qaliblərin təltif edilməsi ilə yekunlaşıb.
Tədbir Mediasiya Şurası, Sumqayıt 1 saylı Mediasiya Təşkilatı və Abşeron - Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.