İqtisadiyyat Nazirliyi və ona tabe olan qurumların rəhbər şəxsləri Sumqayıt Texnologiyalar Parkında olublar. Bu barədə 3 oktyabr tarixində STP-yə istinadən xəbər veririk.
Nazirliyin nümayəndələri kabel və elektrik avadanlıqların istehsalı sahələrini ziyarət ediblər. İştirakçılar burada istehsal prosesi və avadanlıqlar barədə ətraflı məlumat alıblar. Ziyarət zamanı istehsal olunan məhsulların növləri və ixrac coğrafiyasının inkişafı barədə müzakirələr aparılıb.