Sumqayıtda “SUMbuilders” texnoloji komandasının növbəti təqdimatı keçirilib. Bu haqda komandanın Facebook səhifəsinə istinadən xəbər veririk.
Təqdimat “İstedad” liseyində baş tutub. Burada, qazanılmış təcrübələrdən, əldə edilmiş uğurlardan və texnoloji yeniliklərdən danışılıb. Sözügedən liseydə təhsil alan şagirdlərin “SUMbuilders”in proqram və mentor dəstəyi ilə ciddi nailiyyətlər əldə etdikləri bildirilib.