Sumqayıtda qida məhsulları məhv olunub. Sumqayıt24 bu haqda 30 sentyabr tarixində Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
“RSH Trade” MMC-yə aid ümumi çəkisi 1740 kq olan istehlaka yararsız müxtəlif növ qida məhsullarının utilizasiyası “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda aparılıb.