"Araz” supermarketlər şəbəkəsinin Sumqayıt filialında ekoloji aksiya keçirilib. Bu haqda 26 iyul tarixində Sumqayıt24 Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.
Aksiya “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində baş tutub. Sakinlər tərəfindən verilmiş işlənmiş batareya toplanaraq, "Tullantıları İdarəetmə Mərkəzi" MMC-yə təhvil verilib.