Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində bıçaqlanma hadisəsi baş verib. Bu haqda 30 avqust tarixində Sumqayıt24 Lent.az-a istinadən məlumat verir.
İlkin məlumata görə, 64 yaşlı Əsəd Əsədov öz tanışı tərəfindən bıçaq zərbəsi alıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Hadisəni törədən şəxsin saxlanıldığı bildirilir.
Qeyd edək ki, Ə.Əsədov Sumqayıt şəhər Nəsimi adına Mədəniyyət və İstirahət parkının direktoru Soltan Əsədovun qardaşıdır.
Araşdırma davam edir.