Sumqayıtda sakinlər sərnişin avtobusundakı şəraitsizlikdən narazıdırlar. Bu haqda 30 mart tarixində Sumqayıt24-ə izləyicilərdən məlumat daxil olub.
Söhbət 40 nömrəli marşrut avtobusundan gedir. Sakinlər avtobusların kiçik olmasından şikayət edirlər. Eləcə də oturacaqların əksəriyyəti sınıq, bəziləri isə çirkli və istifadəyə tamamilə yararsız vəziyyətdədir.