İsveçrəli tələbələr Sumqayıt Texnologiya Parkında olublar. Sumqayıt24 bu barədə 23 sentyabr tarixində Azərtac-a istinadən xəbər verir.
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) intensiv təcrübə proqramında iştirak edən İsveçrə Konfederasiyasının Qərbi İsveçrə Tətbiqi Elmlər və İncəsənət Universitetinin HES-SO Ali idarəetmə və iqtisadiyyat məktəbinin tələbələri STP-də olublar. Burada tələbələr kabel istehsal sahəsi ilə yaxından tanış olublar. İştirakçılara istehsal prosesi və avadanlıq barədə ətraflı məlumat verilib.