6 nömrəli marşrutda çatışmazlıqlar var. Sumqayıt24 bu haqda 6 may tarixində xəbər verir.
Hazırda marşrut xəttində kiçiktutumlu “Karsan” avtobuslarından istifadə olunur. Sərnişin tələbi çox olduğundan avtobuslarda sıxlıq yaranır. Nəzərə alsaq ki, bulvar ərazisində əhali artır və 6 nömrəli avtobus buradan keçən yeganə ictimai nəqliyyatdır, qeyd olunan problem daha da dərinləşir.
“Ayaq atmağa yer yoxdur, ancaq yığdıqca yığırlar. Ya say artırılmalıdır, ya da ki böyük maşın verilməlidir. Xahiş edirəm, problem çözülsün”, - deyə müraciətçilər bildiriblər.