Sumqayıt Şəhər Ağsaqqallar Şurasının növbəti konfransı keçirilib.
Sumqayit24.az xəbər verir ki, toplantıda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı, professor Eldar İbrahimov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhərin ağsaqqalları, ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə təşkilati məsələlər müzakirə olunub. Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri vəzifəsinə şəhərin ictimai həyatında uzun illər səmərəli fəaliyyəti ilə seçilən Eldar İsmayılovun namizədliyi irəli sürülüb. Açıq səsvermənin nəticələrinə əsasən Eldar Vəkil oğlu İsmayılov Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri seçilib.
Qeyd edək ki, Eldar Vəkil oğlu İsmayılov 1949-cu il yanvarın 25-də Qazax rayonunun Qaymaqlı kəndində anadan olub. 1990-cı ildə Ali Sovetinin deputatı seçilib. 1991-1992-ci illərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. 1999-2014-cü illərdə Sumqayıt Bələdiyyəsinin üzvü olub.