top
Kəlbəcərin azad olunmasının ildönümüdür
Bu gün, 00:01
- ↺ +

Kəlbəcərin azad olunmasının ildönümüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kəlbəcərin işğaldan azad edilməsindən 6 il keçir.

Sumqayit24.az xəbər verir ki, Ermənistanın 2020-ci il 27 sentyabrda başladığı təcavüzə cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatı Zəfərlə nəticələnib.

44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 300-dən çox yaşayış məntəqəsini, eləcə də Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib.

8 noyabrda Şuşanın geri alınmasından sonra Ermənistan məğlubiyyətini qəbul edərək kapitulyasiyaya imza atmağa məcbur olub.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.

Həmin sənədin 6-cı bəndinə əsasən, Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Bəyanata görə, rayon 15 noyabra qədər boşaldılmalı idi, lakin ermənilər Rusiya vasitəsilə əlavə 10 gün möhlət istəyib. Azərbaycan humanistlik göstərərək bu tələbi qəbul edib və ermənilərə əlavə vaxt verilib. 25 noyabr 2020-ci ildə Kəlbəcər rəsmən Azərbaycana təhvil verilib.

Beləliklə, Kəlbəcərin 27 illik işğalına son qoyulub.

Lakin verilən əlavə 10 gün ərzində də ermənilər rayonun müxtəlif ərazilərində dağıntılar törədib, yaşayış evlərini, tikililəri yandırıb, talayıb, ağacları məhv edərək ekoloji zərər vurublar. Bundan başqa, Kəlbəcərin yollarında və yaşayış zonalarında piyada və tank əleyhinə böyük miqdarda minalar basdırıblar. Məhz bu minalardan biri 2021-ci il 4 iyunda Susuzluq kəndi ərazisində jurnalistləri daşıyan nəqliyyat vasitəsinin partlamasına səbəb olub. Hadisədə "Azərtac"ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər RİH nümayəndəsinin müavini Arif Əliyev həlak olub, 4 nəfər isə yaralanıb.

Xatırladaq ki, üçtərəfli Bəyanatın 2-ci bəndinə əsasən Ağdam rayonu 20 noyabrda, 6-cı bəndinə əsasən isə Laçın rayonu 1 dekabrda Azərbaycana qaytarılıb.

Azərbaycan Ağdam, Kəlbəcər və Laçının geri alınmasına bir nəfər də itki vermədən nail olub.

Prezident İlham Əliyev 25 noyabr 2020-ci ildə xalqa müraciət edərək Kəlbəcərin işğaldan azad olunmasını böyük qürurla elan edib.

Kəlbəcərin azad edilməsinə görə Azərbaycan Respublikasında xüsusi medal təsis olunub və bu əməliyyatda igidlik göstərən hərbçilər həmin medalla təltif ediliblər.

Prezidentin Sərəncamına əsasən, 25 noyabr "Kəlbəcər şəhəri günü" kimi qeyd olunur.

Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş və 27 il ərzində rayon tamamilə dağıdılıb, tarixi-mədəni abidələr və qəbiristanlıqlar məqsədli şəkildə məhv edilib.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 19:00

Neftçala-Sumqayıt avtobusları müsabiqəyə çıxarılır

Bütün xəbərlər
Dünən, 18:11

Sumqayıta sabah leysan yağa bilər

Bütün xəbərlər
Dünən, 18:00

Gözünüz səmada olsun: ilin ilk Super Ayı görünəcək

Bütün xəbərlər
Dünən, 17:45

Masazır-Novxanı yolundakı qəzada yaralanan şəxsin vəziyyəti açıqlandı

Bütün xəbərlər
Dünən, 17:31

29 yaşlı Sumqayıt sakini Bakıda küçədə öldü

Bütün xəbərlər
Dünən, 17:19

Sumqayıtda gənc müəllim vəfat edib

Bütün xəbərlər
Dünən, 17:09

Sumqayıt və Sarayda yaşamaq istəyənlərin nəzərinə - yeni mənzillər satışa çıxarılır

Bütün xəbərlər
Dünən, 16:51

Sumqayıt məktəbinin direktor müavini yeni vəzifəyə təyin edildi

Kriminal
Dünən, 16:37

Sumqayıtda evdən oğurluq edən keçmiş məhkum saxlanılıb

Bütün xəbərlər
Dünən, 16:27

41 nömrəli məktəbə də direktor təyin edilidi

Bütün xəbərlər
Dünən, 15:51

Sumqayıtda bu məktəbə yeni direktor təyin edildi

İdman
Dünən, 15:11

"Bürüncü qızıla çevirəcəyəm" - sumqayıtlı boksçu hədəfini açıqladı

Bütün xəbərlər
Dünən, 14:52

Sumqayıtın deputatı: "Bəzi ailələrdə təhsilə qarşı geridəqalmış düşüncə var"

Bütün xəbərlər
Dünən, 14:31

Sabah Bakı metrosunun iş vaxtı 1 saat uzadılacaq

Bütün xəbərlər
Dünən, 13:51

Sumqayıtda bulvara ikinci yol çəkilir - ÖZƏL

Bütün xəbərlər
Dünən, 13:11

Sumqayıtda layihəyə 18 milyon manat yatırılıb

Bütün xəbərlər
Dünən, 12:31

Yaşıldərədə yolun bir hissəsini yamadılar, digərini unutdular

Bütün xəbərlər
Dünən, 11:51

SDU işçi axtarır - TƏLƏBLƏR

Bütün xəbərlər
Dünən, 11:11

Sumqayıtda məktəb psixoloqları üçün seminar keçirilib

Bütün xəbərlər
Dünən, 10:31

Füzulidə şəhid olan əsgərimizin xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 09:51

Abşeron-Xızı Regional Təhsil İdarəsinin yeni müdiri kollektivə təqdim edilib

Bütün xəbərlər
Dünən, 09:11

Sumqayıtda kişinin meyiti mənzilində tapıldı

Bütün xəbərlər
23 noyabr 2026, 19:30

Sumqayıtda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Oxşar xəbərlər