Sumqayıtda “Brendinq” mövzusunda təlim baş tutub. Bu barədə 29 sentyabr tarixində KOB İnkişaf Mərkəzinə istinadən xəbər veririk.
KOBİM-in eksperti tərəfindən keçirilən seminarda biznesdə brendinqin əhəmiyyəti, şirkət, marka, brendin cəmiyyətə düzgün tanıdılması barədə iştirakçılara məlumat verilib. 5 sahibkarın iştirak etdiyi təlimdə brendləşmənin satışa pozitiv təsirləri sahibkarların diqqətinə çatdırılıb. Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.