Sumqayıtda 2 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Bu haqda Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər veririk.
Nazirliyin "112" qaynar xəttinə məlumat daxil olub və xilasedicilər çağırış ünvanına cəlb olunub. Nəticədə mənzildə qalmış şəxslərə xilasetmə qüvvələri tərəfindən müvafiq köməklik göstərilib.