Sumqayıtda azyaşlı mənzildə bağlı qapı arxasında qalıb. Sumqayıt24 bu haqda 28 aprel tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
"112" qaynar telefon xəttinə daxil olan məlumat əsasında FHN-in Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri ünvana cəlb olunub. Xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın təhlükəsizliyi təmin edilib.