1 nömrəli Şəhər Xəstəxanasında Laçına köçürüləcək ailələr tibbi müayinələrdən keçiblər. Sumqayıt24 bu haqda 29 aprel tarixində Sumqayıt Tibb Mərkəzinə (STM) istinadən xəbər verir.
Onlar biokimyəvi laborator analizləri, ultrasəs (USM), elektrokardioqrafiya (EKQ) və ağciyərlərin rentgenoqramması (flüoroqrafiya) müayinələrinə cəlb olunurlar. Həmçinin uşaqlar yoluxucu xəstəliklər əleyhinə peyvəndlənirlər.