Sumqayıtda yaşayan laçınlılar doğma şəhərlərinə qayıdırlar. Sumqayıt24 bu haqda 29 may tarixində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.
Prezident İlham Əliyevin tapşırığı ilə keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı başlanır. İlkin mərhələdə köçürülən ailələr, əsasən, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda ən ağır şəraitdə yaşayanlar arasından seçilib. Onlar işğaldan əvvəl yaşadıqları, işğala son qoyulduqdan sonra tamamilə yenilənmiş və zəruri yaşayış şəraitinin yaradıldığı evlərdə məskunlaşacaqlar.