Tanınmış jurnalist Ləman Ələşrəfqızı Facebook hesabında məşqçisi tərəfindən öldürülən 7 yaşlı Fərid Bakarovun anası barədə münasibət bildirib. Bu haqda 3 may tarixində Sumqayıt24 Facebook sosial şəbəkəsinə istinadən xəbər verir.
Jurnalistin sözlərinə görə, köhnə tanışlarından birinin verdiyi məlumat onda şübhə yaradıb. Həmin paylaşımı oxuculara təqdim edirik:
“Sumqayıtda idman zalında ölən uşağın anasından gözüm su içməmişdi. Bu gün səhər mənə gələn zəngdən bir daha əmin oldum ki, bu qadın o manyak qədər uşağın ölümündə rol alıb. Zəng edən köhnə tanışlarımdan biridir. Həyat yoldaşı hadisə yerinə ən tez yetişən polis əməkdaşlarından biri olub. O nələr görüb, nələr. Qadın deyir ki, müharibə iştirakçısı olan həyat yoldaşım 3 gündür özünə gələ bilmir.
Körpənin cansız bədəni onun qucağında olub. Bədənində dişlək yerləri polis əməkdaşını şübhələndirib. Anasından soruşanda deyib ki, uşağımı əzizləyəndə onu belə dişləyirəm. Görüntülər ortaya çıxandan sonra ana adlı məxluq sözlərini dəyişib.
Görüntülər isə tək paylaşılanlardan ibarət deyil. Uşağa işgəncə kadrları yenə var. Bəs bu şərəfsiz niyə məhz 7 yaşlı bu uşağı hədəf seçib? Bu sualın cavabı da, məncə, ana adlı o məxluqatdadır. Qısası, "ana havalanıb", " bədbəxt, zavallı ana" ifadələrini yazanda heç tələsməyin. Bədbəxt 7 yaşlı o körpə idi, onu da Allah öz yanına apardı. Cinayətkarların cəzası isə ağır olmalıdır”.