Sumqayıtda şəhid anası ziyarət edilib. Bu barədə 3 oktyabr tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər veririk.
Cəfər Cabbarlı adına Mədəniyyət evinin kollektivi Vətən müharibəsi şəhidi Eltun Əliyevin anası ilə görüşüb. İştirakçılar öncə şəhidin yaşadığı evin qarşısında onun xatirəsini əbədiləşdirmək məqsədilə hazırlanan xatirə lövhəsini və bulağı ziyarət ediblər. Şəhidin anası Rima xanım şəhidin acılı, şirinli xatirələrindən və keçdiyi döyüş yolundan söz açıb. Kollektiv tərəfindən şəhidin ailəsinə maddi və mənəvi dəstək olunub.