top
Məhkəmə Novxanıdakı reabilitasiya mərkəzinin direktor və işçiləri ilə bağlı qərar verdi
15 sentyabr 2025, 01:22
- +

Məhkəmə Novxanıdakı reabilitasiya mərkəzinin direktor və işçiləri ilə bağlı qərar verdi

Novxanı qəsəbəsində fəaliyyət göstərən “Uğur Yolu” Reabiltasiya Mərkəzinin direktor Şamil Minyayev və işçiləri Elman Mehdiyev ilə Turxan Allahverdiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın məlumatına görə, Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, hər üç şəxs mərkəzə məcburi müalicəyə gətirilən gəncin ölümünə görə ittiham olunublar.

Məlumata görə, “Uğur yolu” narkotik və digər asılılıqlardan reabilitasiya mərkəzi kimi fəaliyyət göstərir. Mərkəzdə 12 addım proqramı ilə müalicə tətbiq olunur.

Belə ki, 2023-cü ildə reabilitasiya mərkəzində özünü hovuza atan gəncin ölməsi ilə bağlı məlumat yayılmışdı. İstintaqla müəyyən olunub ki, hovuzdan çıxarıldıqdan sonra vəfat edən 27 yaşlı Roma Fataxov elə həmin gün məcburi reabilitasiyaya cəlb edilib. İstintaq materiallarında yazır ki, Romanın yaxınları mərkəzə müraciət edərək onun məcburi müalicəyə cəlb edilməsini istəyiblər. Roma özü isə ailəsindən ayrı evdə yaşadığı üçün bundan xəbərsiz olub. Ailə üzvləri ilə əməkdaşlar arasında razılaşma belə olub ki, Roma evdən çıxan kimi tutulub mərkəzə gətirilsin.

Qanun pozuntusu da elə buradan başlayıb. Direktor Minyayev və işçiləri narkotik asılılığından əziyyət çəkən gəncə özlərini polis əməkdaşları kimi təqdim edərək onu avtomobilə mindiriblər. Roma mərkəzə çatdıqdan sonra nə baş verdiyini anlayıb. O, yüksək səslə qışqıraraq müqavimət göstərib. Üstündən bir neçə dəqiqə keçdikdən sonra Roma mərkəzin içi su ilə dolu hovuzunda halsız vəziyyətdə aşkar edilib. Dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Həkim rəyinə əsasən, zərərçəkmiş şəxsin ölümünə səbəb tənəffüs yollarının su ilə tutulması nəticəsində əmələ gələn mexaniki asfiksiya səbəb olub.

Hadisəyə görə, Şamil Minyayevə Cinayət Məcəlləsinin 309-cu (vəzifə səlahiyyətlərini aşma), digərlərinə isə 32.5, 309.2-ci (vəzifə saxtakarlığına cəhd) maddəsi ilə ittiham verilib.

Amma müttəhimlər heç biri özlərini təqsirli bilməyiblər.

Romanın yaxınları isə təqsirləndirilən şəxslərdən ikisindən - Şamil və Turxandan şikayətçi olublar. Üçüncü şəxsi tanımadıqlarını deyiblər.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə mərkəzin direktoru Şamil Minyayev 4 il, Turxan Allahverdiyev 3 il azadlıqdan məhrum ediliblər. Elman Mehdiyevə isə şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:30

Xalq artisti: "Heç bir teatrdan dəvət almamışam, rol da verilməyib"

Bütün xəbərlər
Dünən, 18:03

Sumqayıt Dəmiryol Vağzalında "Kitab Dayanacağı" istifadəyə verildi - FOTOLAR

Bütün xəbərlər
Dünən, 17:36

Sülh prospektində qəza - 5 maşın toqquşdu - VİDEO

Bütün xəbərlər
Dünən, 17:15

Sumqayıtda qəza - piyada qadının vəziyyəti orta-ağırdır - VİDEO

Bütün xəbərlər
Dünən, 16:50

Ceyranbatanda ağaclar yola aşdı, hərəkət çətinləşdi

Bütün xəbərlər
Dünən, 16:25

SDU-ya yeni qəbul olunanların nəzərinə - Tanışlıq günləri keçiriləcək

Bütün xəbərlər
Dünən, 15:23

Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı

Bütün xəbərlər
Dünən, 15:05

Sumqayıtda qəza - maşın işıq dirəyini aşırdı - VİDEO

Bütün xəbərlər
Dünən, 14:44

Sumqayıtda dəniz sahilində qadın meyiti tapıldı - VİDEO

Bütün xəbərlər
Dünən, 14:21

Sumqayıta sabah yağış yağacaq?

Bütün xəbərlər
Dünən, 13:40

Nazirdən Sumqayıtla bağlı diqqətçəkən açıqlama

İdman
Dünən, 13:15

"Sumqayıt" 700 manat cərimələndi - SƏBƏB

Bütün xəbərlər
Dünən, 12:50

Sumqayıtda daha iki məktəbdə peşə təhsili imkanı yaradılır

Bütün xəbərlər
Dünən, 12:14

Sumqayıtda 21 yaşlı qızın meyiti evində tapıldı

Bütün xəbərlər
Dünən, 11:20

Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb

Bütün xəbərlər
Dünən, 11:00

"Sanki həyat dayanıb": Sumqayıtdan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 10:17

Relslərin üzərinə məhəccər düşdü, Bakı–Sumqayıt qatarının hərəkəti gecikdi

Bütün xəbərlər
Dünən, 09:26

Sarayda kommunal qəza

Bütün xəbərlər
07 sentyabr 2026, 18:20

Sumqayıtda piyada keçidi görünməz hala düşüb

Bütün xəbərlər
07 sentyabr 2026, 18:00

Sumqayıtda ağac peşə liseyinin üzərinə aşıb

Bütün xəbərlər
07 sentyabr 2026, 17:35

Novxanıda qaz hesabında müəmmalı borc: 1306 manat silinəcək

Bütün xəbərlər
07 sentyabr 2026, 17:00

Sumqayıtda yollar sakinlər üçün "sınaq meydanı"na çevrilib

Bütün xəbərlər
07 sentyabr 2026, 16:30

Sumqayıtda torpaq icarəyə götürmək istəyənlərin nəzərinə

Bütün xəbərlər
07 sentyabr 2026, 15:48

"Sumqayıt Toxucu-Tikiş" MMC 60 min manat CƏRİMƏLƏNDİ

Oxşar xəbərlər