Sumqayıt şəhər 12 nömrəli məktəbində “Yayım sessiyası” keçirilib. Bu haqda 19 oktyabr tarixində Qızıl Aypara Cəmiyyəti Sumqayıt xəbər yayıb.
Tədbir “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı”nın tarixi, komponentləri, fundamental prinsipləri, emblemlər və fəaliyyətlər mövzusunda olub. Fövqəladə Mobil Könüllü Dəstəsinin üzvləri şagirdləri maraqlandıran sualları cavablandırıblar.