G
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
FHN-in Sumqayıt Regional Mərkəzində “Gənc xilasedici və yanğınsöndürən” X Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib. Bu haqda 13 aprel tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
“Heydər Əliyev ili”nə həsr olunmuş yarışda Sumqayıt Regional Mərkəzinin əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələri iştirak ediblər.
Gərgin mübarizə şəraitində keçən yarışın yekunlarına əsasən:
- Sumqayıt şəhər 1 nömrəli tam orta məktəbin komandası -1-ci yerə;
- Xızı rayonunun Giləzi qəsəbə tam orta məktəbinin komandası - 2-ci yerə;
- Abşeron rayonunun Novxanı kənd 1 nömrəli tam orta məktəbin komandası - 3-cü yerə layiq görülüb.
Qeyd edək ki, qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.