Cəbrayıl rayon 5 saylı tam orta məktəbin şagirdləri Sumqayıt Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Bu haqda 30 mart tarixində Sumqayıt24 xəbər verir.
Ziyarət ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan tədbirlər planı çərçivəsində təşkil olunub. Məktəblilərə ulu öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən eksponat və fotostendlər haqqında məlumat verilib. Sonda kollektivlə xatirə şəkli çəkilib.