Sumqayıt "İdrak" liseyinin şagirdləri palçıq vulkanlarına səfər ediblər. Bu haqda 3 may tarixində Sumqayıt24 Ekologiya və Təbii Sərvətlət Nazirliyinə istinadən xəbər verir.
Məktəblilər Şorbulaq və Qoruğa daxil olmayan Dəvəboynu palçıq vulkanlarını ziyarət ediblər. Səfər zamanı Qoruq əməkdaşları tərəfindən şagirdlərə palçıq vulkanizmi və onun geoturizm potensialı barədə ətraflı məlumatlar verilib, radiasiya fonunun ölçülməsi əyani şəkildə göstərilib. Eləcə də şagirdlərə maarifləndirici bukletlər və broşurlar paylanılıb.