Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxana klubda “Sağlam gələcək naminə” adlı dəyirmi masa keçirilib. Bu haqda 5 aprel tarixində Sumqayıt24 “Mədəniyyət Xəbərləri”nə istinadən məlumat verir.
Tədbirdə 33 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər. Kitabxananın əməkdaşı Aygül Əsədova narkomaniyanın yaratdığı ağır fəsadlar, narkomaniyaya qarşı mübarizədə dövlətin həyata keçirdiyi tədbirlər haqqında məlumat verib. Çıxışdan sonra şagirdləri maraqlandıran suallar cavablandırılıb. Tədbirin gedişi zamanı narkomaniyaya düçar olan insanların acınacaqlı aqibətlərini əks etdirən sosial çarxların da nümayişi olub.