Q.Qarayev adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri beynəlxalq müsabiqədə bir sıra naliyyətlər əldə ediblər. Bu haqda 6 iyun tarixində Sumqayıt24 xəbər verir.
Qazaxıstanda onlayn formatda keçirilən 2-ci Beynəlxalq müsabiqədə tədris ocağının Fortepiano şöbəsinin 2-ci sinif şagirdləri Vaqif Qarayev və Nigar Babazadə 1-ci yerə, 1-ci sinif şagirdi Cahangir Rzazadə isə 2-ci yerə layiq görülüblər.
Məktəbliləri müsabiqəyə müəllimləri Esmira Əliyeva, Lalə Qocayeva və Reyhanə Pirməmmədova hazırlayıblar.