Q. Qarayev adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri Beynəlxalq müsabiqədə iştirak ediblər. Bu haqda 30 mart tarixində Sumqayıt24 “Mədəniyyət Xəbərləri”nə istinadən məlumat verir.
“Paris Open Music” vokal-instrumental müsabiqəsində tədris ocağının fortepiano ixtisası üzrə 7-ci sinfində təhsil alan Nəzrin Rüstəmova 1-ci dərəcəli, 2-ci sinif şagirdi Vaqif Qarayev II dərəcəli Laureat adına layiq görülüblər.
Məktəbliləri müsabiqəyə müəllimləri Esmira Əliyeva hazırlayıb.