Sumqayıt şəhər 11 nömrəli məktəbin şagirdləri olimpiadada uğurla çıxış ediblər. Bu haqda 1 aprel tarixində Sumqayıt24 məktəbə istinadən xəbər verir.
“Magic Brain” Beynəlxalq Mental Aritmetik olimpiadasında təhsil ocağının 1 “a” sinif şagirdi Banu Məmmədli və 1“ç” sinif şagirdi Miray Vəlizadə qalib olaraq, diplom və kubok qazanıblar. Məktəblilərin sinif rəhbərləri müvafiq olaraq, Aişə Sərdarlı və Zəminə Kamilovadır.