Sumqayıtda fövqəladə hallarla bağlı təlim keçirilib. Sumqayıt24 bu haqda 1 aprel tarixində xəbər verir.
Tədbir 15 nömrəli məktəbdə keçirilib. “Məktəblinin dostu” layihəsinin üzvləri tərəfindən şagirdlərə fövqəladə hallar zamanı davranış qaydaları həm nəzəri, həm də praktiki formada aşılanıb.
Həmçinin yanğınsöndürmə balonlarından istifadə qaydaları göstərilib.