Sumqayıt şəhər F. Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi beynəlxalq müsabiqədə fərqlənib. Bu haqda 18 aprel tarixində Sumqayıt24 Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Tədris ocağının fortepiano ixtisası üzrə 3-cü sinif şagirdi İnci Məmmədli beynəlxalq çoxjanrlı “Сосвездие Соловьиного Края 2023" müsabiqəsində iştirak edib. O, birinci dərəcəli Laureat adına layiq görülüb. Nailiyyət qazanan şagirdin müəlliməsi Xəyalə Rəcəbova Təşəkkürnamə ilə təltif olunub.