Sumqayıt şəhər S.Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdi müsabiqədə iştirak edib. Bu haqda 5 aprel tarixində Sumqayıt24 Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Tədris ocağının Fortepiano şöbəsinin 2-ci sinif şagirdi Ayan Platova Qazaxıstan Respublikasının Astara şəhərində keçirilən “Grand Music Festival”da II dərəcəli Laureat adını qazanıb və diplomla mükafatlandırılıb. Şagirdi müsabiqəyə müəlliməsi Sevinc Şıxvəliyeva hazırlayıb.