Məmmədli stansiyasında yaranan sıxlıq Bakı-Pirşağı-Sumqayıt qatarının sərnişinlərini narazı salır.
Sumqayit24.az xəbər verir ki, stansiyada cəmi iki ədəd turniket var. Bu səbəbdən sərnişinlər günün pik saatlarında uzun növbələrdə qalmağa məcbur olurlar.
"Xüsusilə də yağışlı və küləkli hava şəraitində vəziyyət daha da acınacaqlı hal alır. Stansiyada cəmi iki turniket olduğu üçün günün pik saatlarında oradan keçmək çox çətin olur. Bu barədə dəfələrlə narazılığımızı bilidrsək də, tədbir görən yoxdur" , - deyə müraciətdə bildirilib.
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC məsələ ilə bağlı Oxu.az-a açıqlama verib. Qurumdan bildirilib ki, bu ilin sonuna kimi Məmmədli stansiyasında turniketlərin sayının artırılması planlaşdırılır.