Sumqayıtda vətəndaş mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Bu haqda 8 aprel tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Çağırış ünvanına xilasetmə qüvvələri cəlb olunub. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaş halsız vəziyyətdə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.