Sumqayıtda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb. Sumqayıt24 bu barədə 20 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
FHN-in "112" qaynar xəttinə vətəndaşın bağlı qapı arxasında köməksiz qalması barədə məlumat daxil olub. Çağırış ünvanına xilasetmə qüvvələri cəlb olunublar. Əməkdaşlar tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.