Sumqayıtda martın 1-də bəzi yerlərdə arabir qar yağacağı gözlənilir.
Sumqayit24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, gecə və səhər bəzi ərazilərdə intensiv olacağı ehtimalı var. Axşam tədricən kəsiləcək, arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək.
Havanın temperaturu gecə 3-5° şaxta, gündüz 0-3° şaxta olacaq.