Sumqayıtda professor təltif olunub.
Sumqayit24.az xəbər verir ki, icra başçısı Zakir Fərəcov şəhərin ictimai həyatında fəal iştirakına və 65 illik yubileyi münasibətilə iqtisadçı alim, professor Şəfa Əliyevi Fəxri Fərmanla təltif edib.
Qeyd edək ki, Əliyev Şəfa Tiflis oğlu Sumqayıt Dövlət Universitetinin “Biznesin idarə edilməsi” kafedrasının professoru, iqtisad elmləri doktoru, UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəridir. O, təkcə ölkə daxilində deyil, həm də xaricdə tanınan strateji düşüncəli və elmi-praktiki yanaşmaları ilə fərqlənən alimdir.
Professor Şəfa Əliyev 350-dən çox elmi əsərin, 5 monoqrafiyanın, 7 kitabın, iki dərsliyin və üç dərs vəsaitinin müəllifidir.