Sumqayıtda şair Əşrəf Veysəlli ilə görüş keçiriləcək. Sumqayıt24 bu haqda 13 iyun tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Tədbir “Dostluq” Mədəniyyət Evi tərəfindən 20 iyun saat 15:00-da Heydər Əliyev Mərkəzində təşkil olunacaq.
Qeyd edək ki, Əşrəf Veysəllinin ədəbiyyatda öz dəst-xətti var. O, Sumqayıtda ədəbiyyatın inkişafında böyük işlər görmüş, çoxlu şairlərin, nasirlərin tanınmasında əvəzsiz xidmətlər göstərmiş Əməkdar mədəniyyət işçisi, “Tərəqqi” medalçısıdır.