Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Sumqayıt24 bu barədə 17 sentyabr tarixində Modern.az-a istinadən xəbər verir.
Hadisə sentyabrın 15-i H.Z.Tağıyev qəsəbəsi ərazisində baş verib. Qəsəbə sakini V.Adgözəlov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Səməd Eyvazovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada sentyabrın 16-da orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.