Sumqayıt şəhər stadionunun istifadəyə verilməsinə az vaxt qalıb. Sumqayıt24 bu barədə 23 sentyabr tarixində DünyaTV-yə istinadən xəbər verir.
“Mehdi Hüseynzadə” stadionu 2 ildən çoxdur ki, yenidən qurulur. Hazırda burada tamamlama işləri aparılır. Yüksək aqrotexniki qaydalara uyğun olaraq, oyun meydançasına ot örtüyü sərilib. Müxtəlif üsullarla həmin örtüyün köklərinin bərkidilməsi prosesi gedir. Qısa zamanda birinci biçinə başlanılacaqdır.
Bunula paralel olaraq, stadionda oturacaqların qurulması bitmək üzrədir. Xarici fasad hissələrində metal-konstruksiya, ətrafda üfuqi planlaşdırma, həmçinin ağacların budanma işləri həyata keçirilir.
Bildirilib ki, oktyabr ayının sonuna kimi idman məntəqəsinin tam istifadəyə verilməsi planlaşdırılır.