Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Bakıda keçirilən dünya çempionatında iştirak edən cüdoçularla görüşüb.
Sumqayit24.az xəbər verir ki, o, bu barədə rəsmi feysbuk hesabında paylaşım edib.
"Bakıda keçirilən cüdo üzrə dünya çempionatında iştirak edən cüdoçularımızla görüşdük. İdmançılarımızın əldə etdikləri qələbələri yüksək qiymətləndirdiyimizi, onların əzmkarlığının, peşəkarlığının və əsl idman ruhunun ölkəmizin idman nüfuzunun yüksəldilməsinə mühüm töhfə verdiyini bildirdik. Cüdoçularımıza gələcək yarışlarda yeni uğurlar və qələbələr arzuladıq!", - deyə R.Nəbiyev vurğulayıb.
Qeyd edək ki, görüşdə bürünc medal qazanan sumqayıtlı cüdoçu Ömər Rəcəbli (81 kq), habelə Süleyman Şükürov (-90 kq) də yer alıb.