Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivində yollar baxımsız vəziyyətdədir.
Sumqayit24.az-a müraciət edən vətəndaşın sözlərinə görə, Milli Qəhrəman Əliyar Əliyevin adını daşıyan küçədə asfalt örtüyü faktiki olaraq mövcud deyil. Yolun müxtəlif hissələrində çoxsaylı çala-çuxurlar yaranıb ki, bu da həm nəqliyyatın hərəkətini çətinləşdirir, həm də sakinlər üçün ciddi narahatlıq yaradır.
"Yol o qədər bərbad vəziyyətdədir ki, nə taksi gəlir, nə də qonaq. Bu vəziyyətdə yaşamaq mümkün deyil. Axı biz hansı əsrdə yaşayırıq?" – deyə sakin qeyd edib..
Vətəndaşlar aidiyyəti qurumlardan məsələni həll etmələrini tələb edirlər.