top
Sumqayıtdan Amerikaya uzanan 6 illik yol
04 sentyabr 2026, 12:45
- ↺ +

Sumqayıtdan Amerikaya uzanan 6 illik yol

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2020-ci ildə qəbul imtahanında respublika birincisi olan sumqayıtlı Murad Mustafazadə təhsil həyatındakı uğurlarını xaricdə davam etdirir.

Sumqayit24.az xəbər verir ki, Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu olan Murad həmin il qəbul imtahanının iki mərhələsinin nəticəsinə əsasən 688,4 bal toplayaraq II qrup üzrə ən yüksək nəticəyə imza atıb. 

Murad 2020-ci ildə gimnaziyanı "Qızıl medal" və "Xüsusi nümunəli attestat"la bitirib. Bundan əvvəl də dəfələrlə respublika olimpiadalarının qalibi olub və yüksək nəticələrinə görə Prezident təqaüdünə layiq görülüb.

O, Türkiyənin nüfuzlu Orta Doğu Texniki Universitetində (ODTÜ) tam təqaüdlə ingilis dilində təhsil almağa başlayıb. Universitet illərində hər kursda göstərdiyi yüksək nəticələrə görə professor-doktor Fikret Şenses mükafatına layiq görülüb, eyni zamanda müəllim köməkçisi kimi çalışıb və beynəlxalq "Zorlu" şirkətində təcrübə keçib.

Murad təhsilini Erasmus proqramı çərçivəsində Almaniyanın Vürzburq Universitetində bir semestr davam etdirib.
2024-cü ildə ODTÜ-ni iki ixtisas üzrə "Yüksək şərəflə" və birinci dərəcəli diplomla bitirən Murad həmin il Azərbaycan Respublikasının Xaricdə Təhsil üzrə Dövlət Proqramının qalibi olub. O, ABŞ-nin nüfuzlu Texas Universitetində magistratura təhsili almaq hüququ qazanıb.

2026-cı ildə magistraturanı yüksək nəticələrlə başa vuran Murad hazırda təhsilini ABŞ-də davam etdirir. O, Arizona Universitetində doktorantura proqramına qəbul olunaraq elmi fəaliyyətinə başlayıb.

Beləliklə, 2020-ci ildə II qrup üzrə respublika birincisi olan sumqayıtlı Murad Mustafazadə 6 il ərzində Türkiyə, Almaniya və ABŞ-də təhsil alaraq akademik yolunu davam etdirib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

Bütün xəbərlər
Dünən, 17:27

"Stansiya Sumqayıt"da kommunal qəza - ərazi keçilməz oldu

İdman
Dünən, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
Dünən, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
Dünən, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Bütün xəbərlər
Dünən, 15:00

Sumqayıtda məşhur restoran 646 min manata satışa çıxarıldı

Bütün xəbərlər
Dünən, 14:31

Sumqayıtda yarımçıq işlərlə bağlı sakinlərdən etiraz

Bütün xəbərlər
Dünən, 13:31

Ceyranbatanda sakinlərdən iki tələb: piyada keçidi və dayanacaq

Bütün xəbərlər
Dünən, 12:40

SDU-da elmi staj keçən qazaxıstanlı doktorantlarla görüş keçirilib

İdman
Dünən, 11:45

Cüdoçumuz Babək Hacıyev də Avropa çempionatında FƏRQLƏNDİ

Bütün xəbərlər
Dünən, 11:00

Avropa çempionu olan Sumqayıt məktəblisi belə qarşılandı

Bütün xəbərlər
Dünən, 10:15

Sürücülərin nəzərinə - yollarda görünüş məsafəsi məhdudlaşa bilər

Bütün xəbərlər
Dünən, 09:11

20 yaşında şəhidlik zirvəsinə ucalan Nicatın doğum günüdür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 28-ci günü - XRONİKA

Bütün xəbərlər
23 oktyabr 2026, 19:00

Sumqayıtda şənbə günü hava yağışlı ola bilər

Bütün xəbərlər
23 oktyabr 2026, 18:30

Almaniya səfiri Sumqayıt Sənaye Parkına səfər edib

Bütün xəbərlər
23 oktyabr 2026, 18:00

Sumqayıtda suyun verilişində fasilələr sakinləri çətin vəziyyətə salıb

Bütün xəbərlər
23 oktyabr 2026, 17:30

Sumqayıtın su təchizatına cavabdeh QSC-nin icraçı direktoru kollektivə təqdim edildi

Bütün xəbərlər
23 oktyabr 2026, 17:00

Hacı Zeynalabdin qəsəbəsində ağacəkmə aksiyası

Bütün xəbərlər
23 oktyabr 2026, 16:25

Sumqayıtda yağışdan sonra məktəbə gedən uşaqlar çətinliklə üzləşirlər

Bütün xəbərlər
23 oktyabr 2026, 16:05

Sumqayıt teatrında "Sürgün sevgi" tamaşasının premyerası keçirildi

Oxşar xəbərlər