top
“Minlərlə sakinimizi arzuladıqları mənzillə təmin etmək üçün var gücümüzlə çalışmışıq” – AÇIQLAMA
15 yanvar 2024, 05:35
- ↺ +

“Minlərlə sakinimizi arzuladıqları mənzillə təmin etmək üçün var gücümüzlə çalışmışıq” – AÇIQLAMA

“Kristal Abşeron” şirkəti açıqlama yayıb. Bu haqda 15 yanvar tarixində Sumqayıt24 Apa.az-a istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, sakinlər sözügedən tikinti şirkətinin 10-cu mikrorayonda inşa edilmiş yaşayış kompleksində mənzillərin keyfiyyətsiz olduğundan narazı idilər.

MTK-nın kütləvi informasiya vasitələrində yayılan məlumatlarla bağlı verilən açıqlamasını təqdim edirik:

"Təəssüf hissi ilə bildiririk ki, son günlərdə müxtəlif kütləvi informasiya vasitələrində tərəfimizdən inşa olunan layihələrin keyfiyyətindən bəhs edən bir sıra əsassız və qərəzli məlumatlar paylaşılıb. Bu günədək “Kristal Abşeron” olaraq minlərlə sakinimizin sevincinə şərik olmaq və onları arzuladıqları mənzillə təmin etmək üçün var gücümüzlə çalışmışıq.

Tikinti sektorunda daim tətbiq etdiyimiz innovativ həllərlə sakinlərimizin istəklərini təmin etmiş, dövlətimiz tərəfindən aparılan islahatların ən böyük dəstəkçilərindən biri olmuşuq. Tikinti keyfiyyəti və dayanıqlılığının təmin olunması üçün gördüyümüz işlərlə tikintisi davam edən layihələrimizə yaxınlaşaraq ətraflı məlumat əldə edə bilərsiniz. Müxtəlif sosial şəbəkə kanallarında və elektron media portallarında Sumqayıt şəhəri 10-cu mikrorayonda inşa etdiyimiz çoxmənzilli yaşayış binasındakı mənzillə bağlı diqqətinizə çatdırmaq istəyirik ki, sözügedən mənzil MTK ilə mənzil sahibi arasında bağlanmış 19 mart 2019-cu il tarixli 000000242 №-li təhvil-təslim aktı əsasında tam təmirli və standartlara cavab verən şəkildə müştəriyə təhvil verilmişdir, həmçinin təhvil-təslim aktı əsasında mənzil tikinti normalarına tam cavab verir. Təhvil-təslim aktının mənzil haqqında olan təlimatlar hissəsində də sakinimizə bir sıra məlumat xarakterli informasiyalar verilib. Həmin aktda qeyd olunur ki, mənzildə yaşanmadığı təqdirdə oboy və döşəmədə yarana biləcək fəsadların qarşısının alınması üçün ayda bir neçə dəfə mənzilin havalandırılmağı tövsiyə olunur. Lakin araşdırma nəticəsində məlum olmuşdur ki, mənzil sahibi tərəfindən bu tipli tövsiyələrin heç birinə əməl olunmayıb. Həmçinin qeyd etmək istəyirik ki, mənzil sahibi tərəfindən yaşadığı müddət ərzində ofisimizə hər hansı bir şikayət daxil olmayıb.

Sonda nəzərinizə çatdıraq ki, şirkətimizin işguzar nüfuzuna zərər gətirilməsi üçün məqsədli şəkildə paylaşılmış bu yalan məlumatlarla bağlı hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət olunub. Yaxın günlərdə bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:10

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq

İdman
Bu gün, 15:33

Sumqayıtlı veteran futbolçuya yüksək post təklif edildi

Bütün xəbərlər
Bu gün, 14:55

Sumqayıta sabah leysan yağa bilər

Bütün xəbərlər
Bu gün, 14:23

Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir

Bütün xəbərlər
Bu gün, 13:45

Sumqayıt səmasında "Drakonid"lər müşahidə edə bilər

Bütün xəbərlər
Bu gün, 13:15

FHN Sumqayıt xəstəxanasında yanğın-taktiki təlim keçirdi

Bütün xəbərlər
Bu gün, 12:45

Antisanitariya, üfunət və zibil suyu - 13-cü mikrorayonda vəziyyət

Bütün xəbərlər
Bu gün, 12:09

Sumqayıtdan Aktauya çəkilən fiber-optik xətt nə vaxt istifadəyə veriləcək? - AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 11:16

Sumqayıtda qayınana üstündə dava  - sərxoş kişi arvadını döydü

Bütün xəbərlər
Bu gün, 10:40

FHN elektrik doldurma qurğuları ilə bağlı müraciət etdi

Bütün xəbərlər
Bu gün, 10:03

Sumqayıtda "ildırım sürətli" tibbi arayışın sonu- 13 nəfər işdən çıxarıldı

Bütün xəbərlər
Bu gün, 09:19

Yağış, şimşək, bəzən də isti: Sumqayıtın oktyabr ayına hava PROQNOZU

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası - 1 oktyabr

Bütün xəbərlər
Dünən, 18:00

Novxanıda kanal zibillik içində: sakinlərdən müraciət

Bütün xəbərlər
Dünən, 17:25

Ceyranbatanda yaranan avtobus probleminə AYNA-dan REAKSİYA

Bütün xəbərlər
Dünən, 17:12

Sumqayıtda dərzi döyüldü

Bütün xəbərlər
Dünən, 16:40

Günəşdə güclü partlayışlar gözlənilir

Bütün xəbərlər
Dünən, 16:10

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Bütün xəbərlər
Dünən, 15:37

Sumqayıtdakı 35 saylı peşə məktəbi ilə bağlı açıqlama

Bütün xəbərlər
Dünən, 15:00

Sumqayıtda məktəbə gedən yol çirkab sular altında

Bütün xəbərlər
Dünən, 14:20

Sumqayıtda oktyabrın ilk günü hava belə olacaq

Bütün xəbərlər
Dünən, 13:48

Sumqayıtda qəbiristanlığın ətrafı təmizləndi

Bütün xəbərlər
Dünən, 13:15

Komandirini xilas edərkən şəhid olan SDU məzununun doğum günüdür

İdman
Dünən, 12:38

"Sumqayıt"ın türkiyəli məşqçisi: "Azərbaycanda olduğum üçün xoşbəxtəm"

Oxşar xəbərlər