Sumqayıtda təhsilverənlərin sertifikatlaşdırılmasına dair məlumatlandırıcı görüş keçirilib. Bu haqda 30 mart tarixində Sumqayıt24 Abşeron-Xızı Regional Təhsil İdarəsinə istinadən xəbər verir.
Görüşdə Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşları və adıçəkilən idarəyə tabeli ümumi təhsil müəssisələrinin ibtidai sinif müəllimləri iştirak ediblər.
Toplantıda müəllimlərin sertifikatlaşdırılması prosesi, onun məzmunu, mərhələləri, prosesin təşkilinin məqsədilə bağlı məsələlər barədə məlumat verilib. Sonda görüş iştirakçılarının sualları cavablandırılıb.