Sumqayıtda Vətən müharibəsi şəhidi yad edilib. Sumqayıt24 bu barədə 25 oktyabr tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin nümayəndələri şəhid Tərlan Məmmədovun ailəsini ziyarət ediblər. Kollektiv qəhrəmanın ailəsi ilə Tərlan haqqında geniş söhbət aparıb, ailənin qayğıları ilə maraqlanıb, maddi və mənəvi dəstək olub.
Məmmədov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.