Zaur Cahangirovun "Qırmızı ayaqqabı" kitabının təqdimatı keçirilib. Bu haqda Sumqayıt24 xəbər verir.
Tədbir Sumqayıt Heydər Əliyev Mərkəzində “Ocaq” İB, Sumqayıt Gənclər Klubu, Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən təşkil olunub. 100-ə yaxın gəncin qatıldığı təqdimatda kitab oxumağın faydaları, mütaliənin söz bazasına, danışıq, həyat tərzinə təsiri və cəmiyyətdəki önəmindən bəhs edilib.
Özünü ən kreativ formada auditoriyaya təqdim edə bilən iştirakçıya "Qırmızı ayaqqabı" kitabı hədiyyə olunub.