Sumqayıtda “Müstəqilliyimiz əbədi və sarsılmazdır” adlı tədbir keçirilib. Sumqayıt24 bu barədə 27 may tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə (RİM) istinadən xəbər verir.
Konsert proqramı N. Nərimanov adına Mədəniyyət Mərkəzində 28 May – Müstəqillik Günü ilə əlaqədar təşkil olunub. Əminəxatun Tərlan və Adil Səfərov aparıcılıq etdiyi tədbirdə “Turan” milli rəqs qrupu (bədii rəhbər Eldar Nəsirli) “Cəngi” rəqsini, müğənnilər Kamil Ağazadə, Pənah Məmmədli, Həvəs Bayramova, Ülvi Ağamalızadə, qiraətçi Firuzə Atluxanova mahnılar ifa ediblər.