top
Nəqliyyat eksperti: Vağzaldan-vağzala sərnişindaşıma yanlış yanaşmadır
05 sentyabr 2024, 06:36
- ↺ +

Nəqliyyat eksperti: "Vağzaldan-vağzala sərnişindaşıma yanlış yanaşmadır"

“20 Yanvar” metrostansiyası ətrafında, Tbilisi prospektində avtobus zolağı yaradıldıqdan sonra ərazidə maraqlı proseslər yaşanır. Bəri başdan qeyd edim ki, orada problem nə avtobus zolağı, nə də “qanunsuz” sərnişindaşımada istifadə edilən taksi və mikroavtobuslardır. Problem məsələnin həllinə yanaşmalardakı səhvlərdir”.

Sumqayıt24 xəbər verir ki, bunu nəqliyyat eksperti Ərşad Hüseynov deyib:

“Dəfələrlə qeyd etdiyim kimi, bu iki şəhər arasında təkcə vağzaldan-vağzala sərnişindaşıma yanlış yanaşmadır. Sumqayıtın şəhər kimi tikildiyi ilk illərdən bu iki şəhər vahid aqlomerasiyadır. Deməli, onlara həm də vahid mobillik zonası (məkanı) kimi baxılmalıdır. On minlərlə (bəkə də yüz mindən çox) insan mütəmadi olaraq hər gün bu iki şəhər arsında gedib-gəlir. Bu, onların rutin həyatının axarıdır. Həmin adamlar bu şəhərlərdən birində yaşayıb, o birisində işləyirlər, təhsil alırlar və s.”

Ekspert bildirib ki, müasir şəhərdə yaşayan insan gündəlik həyatında mobilliyini təmin etmək üçün iki çox ciddi amili nəzərə alır:

“Səyahətə (gediş-gəlişə) sərf etdiyi vaxt və səyahətin qiyməti (gediş-gəlişə xərclədiyi pul). Bakı-Sumqayıt arasında vağzaldan-vağzala üsulu ilə təşkil edilən qanuni ictimai nəqliyyatdan istifadə zamanı bu amillərin hər ikisinin ən uğursuz variantı ortaya çıxır. Tərslikdən hər iki şəhərin avtovağzalı bir-birinə ən yaxın çıxışda yerləşir. Bu üsulla Bakı-Sumqayıt arsında gedib-gələn hər kəs məcburdur ki, hər iki şəhərin daxili nəqliyyatından da istifadə etsin, özü də bəzən bir neçə avtobus marşrutu və ya metro stansiyası dəyişməklə. Bu isə orta statistik sərnişinin bu iki şəhər arasındakı səfər müddətini bəzən 2 saata, səfər qiymətini isə 2 manata yaxınlaşdırır. Deməli, çox səmərəsiz və insanları qaçıran bir üsuldur”.

Ə. Hüseynov qeyd edib ki, Sumqayıtın bir neçə məntəqəsindən Bakının bir neçə istiqamətinə (o cümlədən elə həmin “20 Yanvar” stansiyasının yanına) və əksinə ictimai nəqliyyat təşkil edilməlidir:

“Sərnişin axını, infrastruktur araşdırılmaqla müxtəlif tutumlu avtobuslarala marşrutlar yaradılmalıdır. Maraqlısı odur ki, sovet dövründə və təxminən 15 il bundan əvvələ qədər Sumqayıtın bir neçə istiqamətindən Bakının bir neçə məntəqəsinə və əksinə ictimai nəqliyyat var idi. Bunu daha müasir və sivil şəkildə bərpa etmək lazımdır”.

O, həmçinin vurğulayıb ki, iki şəhər arsında qatarla daşımanın da imkanları ciddi formada yaxşılaşdırılmalıdır:

“İndiki vəziyyətdə “qanunsuz” adlandırılan taksilər və mikroavtobuslar həmin ictimai nəqliyyatın işini görürlər. Belə yanaşma davam etdikcə onlara tələbat da qalacaq. Onları kimsə “20 Yanvar” stansiyası ətrafından yığışdırsa da, qısa müddətdə başqa bir yerdə, bəlkə də daha eybəcər formada toplaşacaqlar. Bakının şimalındakı qəsəbələrə və Xırdalana gedənlərin isə ən böyük problemi avtobus çatışmazlığı, avtobusların qeyri-dəqiq qrafiklə işləməsi, mövcud avtobusların çoxunun ən aşağı komfortda olmasıdır. Bu problemlər həll edilsə, həmin qəsəbələrə və Xırdalana gedib-gələnlərin “qanunsuz” dediyiniz taksilərə və mikroavtobuslara ehtiyacı qalmayacaq”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:55

Sumqayıta sabah leysan yağa bilər

Bütün xəbərlər
Bu gün, 14:25

Sumqayıtlılar niyə tez-tez susuz qalır? - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 13:55

"7 nömrə"nin sürücüsünü döyüb xəstəxanalıq etdilər

Bütün xəbərlər
Bu gün, 13:30

Sumqayıtda sakinləri əlavə xərcə salan bankomat problemi - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 12:59

Novxanıda öldürülən həkimin qızından şok açıqlamalar

Bütün xəbərlər
Bu gün, 12:25

FHN: Ötən həftə 469 yanğına çıxış olub

Bütün xəbərlər
Bu gün, 11:55

"TikTok"da qız adı ilə keçmiş yeznəsini evinə çağırıb döydü - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 11:25

Maşınların bu yola girişi qadağandır - 100 manat cəriməsi var

Bütün xəbərlər
Bu gün, 10:53

Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM

Bütün xəbərlər
Bu gün, 10:48

Prezident İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI

Bütün xəbərlər
Bu gün, 10:40

Sumqayıt sakinini şantaj edən jurnalistlərə HÖKM OXUNDU

Bütün xəbərlər
Bu gün, 10:10

Sumqayıtdan həkimləri çağırışa çatdıran sürücü sükan arxasında öldü

Bütün xəbərlər
Bu gün, 09:40

Novxanı yolunda ağır qəza

Bütün xəbərlər
Bu gün, 09:15

Bakı-Sumqayıt yolunda qəzaya düşən tanınmış fotoqraf imiş

Bütün xəbərlər
Bu gün, 01:00

28 sentyabr 2020: Vətən Müharibəsinin ikinci günü

Bütün xəbərlər
Dünən, 13:07

Azərbaycan əsgəri ilə çiyin-çiyinə - Qarabağ müharibəsi cərrahın gözü ilə

Bütün xəbərlər
Dünən, 00:05

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin başlamasından 6 il ötür

Bütün xəbərlər
26 sentyabr 2026, 18:06

Sumqayıtda hoteldə insident törədən qız HƏBS OLUNDU

Bütün xəbərlər
26 sentyabr 2026, 17:28

Sumqayıtın bu yolu daha neçə can alacaq? - sakinlərdən ETİRAZ

Bütün xəbərlər
26 sentyabr 2026, 16:30

Sumqayıtda zibil problemi yanğın təhlükəsi yaradıb? - sakinlərdən SOS

Bütün xəbərlər
26 sentyabr 2026, 15:26

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar tədbir keçirildi

Bütün xəbərlər
26 sentyabr 2026, 14:38

Sumqayıtda sabah 29 dərəcə isti olacaq

Bütün xəbərlər
26 sentyabr 2026, 13:56

Sumqayıt Dövlət Universitetindən beynəlxalq reytinqdə böyük irəliləyiş

Oxşar xəbərlər