Sumqayıt qeydiyyatda olan narkotik istifadəçilərinin sayına görə ölkə üzrə ilk sıralarda yer alıb. Bu haqda 1 aprel tarixində Sumqayıt24 Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına istinadən xəbər verir.
Siyahıya əsasən, istifadəçilərinin sayı 3.343 nəfər olmaqla Sumqayıt üçünçü yerdə qərarlaşıb. Ən çox narkotik istifadəçiləri isə Bakıda (8.565) qeydə alınıb.