Nazirlər kabineti “Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin yenidən təşkili haqqında” qərar verib. Sumqayıt24 bu haqda qurumun rəsmi saytına istinadən xəbər verir.
Qərara əsasən, sözügedən təhsil müəssisəsi hüquqi şəxsə çevrilib. Həmin publik hüquqi şəxs qanun ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci öz fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, qərar ölkə üzrə daha 9 kollecə şamil olunub.