Sumqayıtda şəhid Elnur Səmədovun ailəsi ziyarət olunub. Sumqayıt24 bu barədə 24 sentyabr tarixində sosial.gov.az-a istinadən xəbər verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları şəhidin ailəsi ilə görüşüblər. Nazirliyin əməkdaşları ziyarətdə dövlətimiz tərəfindən görülən sosial dəstək tədbirləri barədə ətraflı məlumat veriblər. Şəhidin ailə üzvləri onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılıq ifadə ediblər.
Qeyd edək ki, Elnur Sədaqət oğlu Səmədov sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalıb.